Amerikanın Lousiana əyalətində 25 yaşlı bir qadının iki adamla birlikdə qaçıraraq əvvəlcə yandırıb, daha sonra dəmir yoluna atdığı altı aylıq körpə xəstəxanada həyatını itirib.
Metbuat.az-ın “Haberler.com”a istinadən verdiyi məlumata görə, polis iki nəfərin 17 iyul axşamı uşağın anası Hanna Barkerin evinə gəldiyini, qadını üzünə göz yaşardıcı qazdan istifadə edərək təsirsiz hala gətirib, körpə Levi Cole Elleerbeyi qaçıdığını bildirib.
Polis ətraf qəsəbələrdən kömək alaraq axtarış edib və 90 dəqiqədən az br müddət içində bir dəmir yolu üzərində yanğın xəbəri alıb. 6 aylıq körpənin faciəvi şəkildə yandığı müəyyən olunub.
Təcili xəstəxanaya yerləşdirilən körpə Levinin dərin yaralar səbəbi ilə həyatını itirdiyi bildirilib.

