İstanbulda bir uşaq bağçasında müəllimlik edən F. E şagirdi T. S-yə “gombul” deyərək dostlarının yanında təhqir edib.
Metbuat.az “Haberler.com”a istinadən verdiyi məlumata görə, yaşadıqlarını ailəsinə danışan balaca qız müəllimənin özünə “gombul” və “it” kimi sözlərlə müraciət etdiyini bildirib.
Ailə uşaqlarının psixoloji vəziyyətinin pozulduğunu bildirərək müəllimdən şikayətçi olub. Şübhəli olaraq ittiham olunan müəllim F. E-nin işləmiş olduğu cinayətin üzləşməyə tabe cinayələrdən olması səbəbi ilə tərəflər arasında razılığa gəlinməsi üçün sənəd üzləşdirməçiyə göndərilib.
Ailə qızlarını təhqir edən müəllimlə üzləşmək istəmədikdə F. E-nin ittihamına qərar verilib. Məhkəmə zərər çəkmiş ailənin haqlı olduğu halda F. E-nin 2 ilə qədər həbs cəzası ala biləcəyini bildirilib.