İstanbul Kadıköydə 24 yaşlı Atilla Kerem Tongal sevgilisinin yaşadığı binanın həyətində ölü olaraq tapılıb.

Metbuat.az “Posta.com”a istinadən xəbər verir ki, polis Tongalın sevgilisi A. Ö-nün 7-ci mərtəbədəki mənzilindən aşağı düşdüyünü müəyyən edib.

Üzü qanlı olan A. Ö də hadisə yerinə gələn təcili yardım avtomobili ilə xəstəxanaya yerləşdirilib. A. Ö müalicə olunduqdan sonra ifadə vermək üçün polis bölməsinə aparılıb və 3 il əvvəl Amerikada tanış olduğu sevgilisi Tongalın qısqanclıq səbəbi ilə ona hücum çəkdiyi, daha sonra isə aşağı atladığını deyib.

https://metbuat.az/news/996980/balasi-ucun-kaftarl...