Neftçi yeni mövsümə hazılığı davam etdirir.

Milli.Az goal.az-a istinadən xəbər verir ki, "ağ qaralar" hazırlıq çərçivəsində Keşlə ilə yoxlama oyunu keçirib. Neftçi-nin bazasında baş tutan görüş meydan sahiblərinin 2:0 hesablı qələbəsi ilə nəticələnib.

Neftçi ilk hissədə bir neçə qol epizodu yaratsa da, fasilədən sonra fərqlənə bilib. İlk qolu 67-ci dəqiqədə Dario Frederikonun ötürməsindən sonra Emin Mahmudov vurub. Bundan 2 dəqiqə sonra Mirabdulla Abbasov fərqlənib. Bunadək isə Frederiko ilə Abbasovun zərbələri qapı dirəyinə tuş gəlib.

Neftçi bu mövsüm Topaz Premyer Liqasında ilk matçını səfərdə Sumqayıt-a qarşı keçirəcək. Keşlə isə Sabahı qəbul edəcək. 1-ci turun oyunları avqustun 11-12-də baş tutacaq.

Milli.Az