ABŞ-ın Milli Futbol Liqasında (MLS) Vaşinqtonun "DS Yunayted" klubu ilə Denverin "Kolorado Repids" komandası arasında qarşılaşma olub.

Milli.Az ABC-yə istinadən bildirir ki, 2:1 hesabla başa çatan matçda vaşinqtonluların heyətində 4-cü dəfə meydana çıxmış Ueyn Runi qol vurub.

32 yaşlı ingilis forvard topu "Kolorado Repids"in qolkiperi Tim Hovardın ayaqları arasından qapıya yollayıb.

"Mançester Yunayted" və "Everton"un sabiq forvardı matçda ağır xəsarət alıb. Runinin burnunu sındırıblar.

Ueyne Runi iyun ayının sonlarında "DS Yunayted"in heyətinə keçib. 2,5 il müddətinə nəzərdə tutulmuş anlaşmanın şərtlərinə görə, Runi 13 milyon dollar alacaq.

Milli.Az

Videonu izləmək üçün şəklə klikləyin:

Runi qol vurdu, burnu sındırıldı - VİDEO - FOTO Runi qol vurdu, burnu sındırıldı