Çində küçə ortasında bir qadını təpikləyən adam hadisəni görən hər kəsi təəcübləndirib.

Metbuat.az-ın “Mynet.com”a istinadən verdiyi məlumata görə, həyat yoldaşının ona xəyanət etdiyini iddia edərək küçə ortasında həyat yoldaşını dəfələrlə təpikləyən adamı görənlər həmin anları kameralara qeyd edib.

Qəzəbli adam həyat yoldaşını dəfələrlə təpikləyən zaman yerə yıxılmış qadına heç kim kömək etməyib. Kömək edilməməsinin səbəbi olaraq da qadının xəyanət etmiş olması bildirilib. Daha sonra adamın tətbiq etdiyi zorakılıq böyüdükdə yoldan keçənlər adama müdaxilə edib.

Hadisədən sonra nə olduğu bilinməsə də adamın qəzəb dolu anları kameralara əks olunub. Çindən gələn bu görüntü sosial şəbəkə istifadəçiləri tərəfindən paylaşılıb və çox sayda izlənilib.


https://metbuat.az/news/999864/arilarla-oynayan-ad...