Cəlalə Nəzəroğlu

Köşə yazarı

16:54 7 Dekabr 2017 436
A- A+

Latından fransıza, fransızdan rusa - Oradan isə bizə keçən söz

Son vaxtlar tez-tez işlədilən bir-neçə sözün mənası:

“Manipulyasıya”

Bu söz latın dilindən fransız dilinə, fransız dilindən rus dilinə, oradan isə bizim dilimizə keçib. İki əsas mənası var. Birincisi çevik əl hərəkəti anlamındadır. Məsələn, fokusçular cəld əl hərəkətləri ilə tamaşaçıları heyrətə salan alddıcı nəticələr əldə edirlər. İkinci, məcazi mənada isə “manipulyasıya” kələk, fırıldaq, yalan, ictimaiyyəti aldatmaq, hansısa məsələnin mahiyyətini çaşdırmaq və sair bu kimi mənaları ifadə edir. Misal üçün: “İdman yarışlarında manipulyasiya şübhəsi olduğu halda oyunun nəticələri ləğv olunacaq” cümləsində söhbət danışılmış oyunlardan gedir. Və ya: “Bəzi cizgi filmləri uşaqların manipulyasiyaya əl atmasına səbəb olur”. Burada isə uşaqların yalan danışmasına işarə edilir...

“Manera”

“Manera” daha çox nəyisə izah etməyin xüsusi tərzi anlamında işlədilir. Daha çox incəsənət sahəsinə aid xəbərlərdə bu sözə rast gəlmək olar. Misal üçün: “Özünəməxsus yazı manerası olan tənqidçinin yeni əsəri böyük maraq doğurdu”. Və ya: “Film öz orijinal səhnələri, çəkiliş manerası, mövzunun bədii həlli baxımından təqdirəlayiq hesab olunurdu”. “Ana dili” buraxılışının məsləhətçisi professor Nəsir Əhmədlidir. Nitqimizin səlis olması diləyi ilə, növbəti buraxılışda eşidilənə qədər.

“Analoq”

“loq” şəkilçisi ilə bitən digər sözlərdən fərqli olaraq “analoq” sözündə vurğu sona yox, ikinci “a” hərfinə düşür. Sona düşsəydi, “Analo’q olacaqdı. Düzgün variant “Ana’loq”dur. Sonu “loq”la bitən digər sözlərdə vurğu son hecadadır. Misal üçün: apolo’q, dialo’q, epilo’q İndi isə bu sözlərin mənasını izah edəcəm: Apolo'q – heyvanlar haqqında qısa ibrətamiz əsər deməkdir. Dialo'q – iki nəfərin söhbətidir. Epilo'q – bəzi əsərlərdə sonluq olaraq verilən hissədir.

Cəlalə Nəzəroğlu - ASAN radionun aparıcısı, diksiya mütəxəssisi

RƏYLƏR

YAZARIN DİGƏR YAZILARI

DİGƏR KÖŞƏ YAZILARI