Xəyalə Məmmədova

Köşə yazarı

14:32 14 Fevral 2018 5284
A- A+

Sevgisizlik...

Geriyə dönüb baxdığınız zaman utanacağınız hadisələrin nəticəsidir sevgisizlik.

Sizi qoyub gedənlərdən, geridə qalan boşluğun adıdır. Qəlbinizə baxdığınız zaman hər şeydən öncə o boşluğu görməkdir. Özünüzə belə sərf etmədiyiniz sevginizi başqalarına verə bilməməkdir. Bir yerdə qalan, unudulan, görməzdən gəldiyimiz duyğulardan məhrum qalmaqdır. Dəfələrlə geri qayıtsa belə yenə də itirməkdir. İnsanın qüsurlu yaradılışının simvoludur.

O qədər də faciəli bir vəziyyət deyil, əslində. “Ömür boyu yalnızlıq”- deyə bir qavrayış yoxdur. Görüləsi o qədər iş varkən, kimisə çox sevməmək, sevgidən ölməmək seçimdir? Sanki çox az insan sevilməyə layiqdir. Sanki çox az insan tərk etməyi seçir. Sevgisizlik deyil bunun adı məncə, dözümsüzlükdür. Birini sevmək, bütün sevgini ona vermək əvəzinə hər şeyi sevməkdir sevgisizlik. Bir insanı sevməyi bütün canlılara dəyişməkdir. İnsanın özünü sevməsinin çıxış yoludur bəlkə də.

Bəzən sevmək belə sevgisizliyin önünə keçmir. İşığın yoxluğunda ortaya çıxan qaranlıq kimi, heç bir şeyi sevməmək zamanla motivasiyanı azaldır. Motivasiyasızlıq hədəfsizliyə, hədəfsizlik isə uğursuzluğa səbəb olur.

Dərd ediləsi o qədər səbəb varkən sevgisizliyə düçar olmaq fikrimcə axmaqlıqdır. Sevgisizlik insanın sadəcə özünə cəza vermə metodudur. Zamanınızı tamamlana bilməyən insanları tamamlamaqla keçirməyin. Sevəcəyiniz insan bir gün qarşınıza çıxacaqdır. Özünüzə və ona şans verin. Səma hər yerdə mavidir, bunu unutmayın...

RƏYLƏR

YAZARIN DİGƏR YAZILARI

DİGƏR KÖŞƏ YAZILARI