“Qarabağ”ın Çempionlar Liqasının 3-cü təsnifat mərhələsi çərçivəsində Belarusun BATE komandası ilə keçirəcəyi oyunlarının vaxtı açıqlanıb.

Publika.az xəbər verir ki, komandalar arasında ilk görüş avqustun 7-də Bakıda Tofiq Bəhramov adına Respublika stadionunda olacaq və 21:00-da başlayacaq. Cavab matçı isə 1 həftə sonra – ayın 14-də “Borisov Arena”da keçiriləcək. Həmin oyun da Bakı vaxtı ilə 21:00-da start götürəcək.

Ağdam klubu ÇL-in üçüncü təsnifat mərhələsində BATE səddini keçəcəyi təqdirdə, səpələnməmişlər səbətində yer alacaq.

Bu halda Qurban Qurbanovun komandası pley-off-ün püşkü zamanı PSV (Hollandiya), həmçinin "Zalsburq" (Avstriya) - "Şkendiya" (Makedoniya), "Seltik" (Şotlandiya) - AEK ("Yunanıstan), "Astana" (Qazaxıstan) - "Dinamo" (Zaqreb, Xorvatiya) cütlüklərinin qaliblərindən biri ilə düşə bilər.

Qeyd edək ki, pley-off-un ilk oyunları 21-22 avqust, cavab görüşləri isə 28-29 avqust tarixlərində keçiriləcək.

Zümrüd