Çinin Yanğın Departamenti evdə partlayışla bağlı video yayıb.

Milli.Az Dailymail-ə istinadla xəbər verir ki, Pekində evdə partlayış baş verib. Partlayış nəticəsində ölən və yaralanan yoxdur.

Partlayışa səbəb qonaq otağında cərəyan mənbəyinə taxılan elektro skuterin alışması olub.

Hadisə baş verən zaman skuterin tüstülədiyini görən ata və qızının qorxu içərisində qaçışması görüntülərdə əks olunub.

Onlar xəsarət almadan evdən çıxa biliblər.

Ev sahibi bildirib ki, skuteri 2 həftə əvvəl 261 dollara onlayn saytların birindən alıblar. Skuter 7 saatdan çox cərəyan mənbəyinə qoşulu qaldığına görə batareyası yanıb.

Emin
Milli.Az

Videonu izləmək üçün şəklə klikləyin:

Qonaq otağında skuter partladı - Ata və qızı qorxu içində - VİDEO - FOTO Qonaq otağında skutr partladı - ata və qızı qorxu içində