Brazilyalı model Adriana Lima sevgilisi türk yazıçı Metin Hara ilə birlikdə Amerikanın Miami şəhərində təşkil olunan Beynəlxalq Çempionlar Kubokunda qarşı-qarşıya gələn Manchester United-Real Madrid oyununu izləyib.
Metbuat.az-ın “Mynet.com”a istinadən verdiyi məlumata görə, keçən ilin iyun ayından bəri birlikdə olan Adriana Lima və Metin Hara Manchester United-Real Madrid oyunundan görüntüləri sosial şəbəkə hesablarında paylaşıb.
36 yaşlı model tədbir üçün dəri şort və sadə bir köynəkdən ibarət geyim dəsti ilə heyranlarının rəğbətini qazanıb.



