UEFA Super Kuboku uğrunda İspaniyanın "Real Madrid" və "Atletiko Madrid" komandaları arasındakı keçiriləcək matçı idarə edəcək hakimlər məlum olub.

UEFA-nın saytında verilən məlumata görə, qarşılaşmanın baş hakimi Polşa Futbol Federasiyasının təmsilçisi Szimon Marçiniak olacaq.

2017-2018-ci illər mövsümündə UEFA Çempionlar Liqasının qalibi olan "Real Madrid" ilə UEFA Avropa Liqasının çempionu "Atletiko Madrid" arasındakı görüş avqustun 15-də Estoniyanın paytaxtı Tallindəki "Lillekula" stadionunda keçiriləcək.

Oyunda baş hakimə həmyerliləri Pavel Sokolniki və Tomas Listkievicz kömək edəcəklər.

Milli.Az