​Sərnişinlərə ŞAD XƏBƏR

“Bakı Nəqliyyat Agentliyi 300 yeni avtobusun alınması ilə bağlı tender elan edib”.

Bu sözləri Metbuat.az-a açıqlamasında Bakı Nəqliyyat Agentliyinin (BNA) mətbuat xidmətinin rəhbəri Mais Ağayev bildirib.

Onun sözlərinə görə, tender hazırda davam etməkdədir:

“Yeni avtobuslar gəldikdən sonra əsas marşrut xətləri üzrə avtbuslar yenilənəcək. Bununla bağlı daşıyıcılara da xəbərdarlıq etmişik. Hansı daşıyıcı yeni avtobuslar gətirsələr, onlar işləyəcəklər. Hazırda marşurt xətləri üzrə müsabiqə davam edir. Bilirsiniz ki, avtobus xətləri bir-bir müsabiqəyə çəxarılır. Narahatlıq doğuran marşurt xətləri ilk əvvəl müsabiqəyə çıxarılacaq, komfortlu avtobusu, istehsalat və peşəkar sürücü bazası olan avtobuslar fəaliyyət göstərəcək. Olmayanlar xətdən çıxarılacaq. Yeni avtobusların gətirilmə vaxtı hələ ki, dəqiq deyil. Qeyd etdiyim kimi, bununla bağlı tender davam edir. Tender yekunlaşandan sonra nəticələrə uyğun olaraq avtobusların gəlmə vaxtı müəyyənləşəcək”.

Xəyalə Məmmədova / METBUAT.AZ

Dayanacaqlarda ödəmə terminalları niyə yoxdur? - Bakı Nəqliyyat Agentliyindən AÇIQLAMA


Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR