Yevlaxda avtomobil piyadanı vurub öldürdü

Yevlax rayonu ərazisində yol-nəqliyyat hadisəsi baş verib.

DİN-dən Metbuat.az-a verilən məlumata görə, avqustun 6-da saat 21 radələrində Yevlax rayonu ərazisində Bərdə rayon sakini Əlizamin Hüseynov idarə etdiyi “KİA” markalı avtomobillə yolu keçən rayon sakini Elçin Əliyevi vurub.

E.Əliyev xəstəxanaya aparılarkən yolda ölüb.

Baş İstintaq və Təhqiqat İdarəsi tərəfindən araşdırma aparılır.

Bu qarışım ən ölümcül xəstəlikləri belə müalicə edir - Oxumaq üçün tıkla


Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR