Göygöldə quldurluq: maskalı şəxslər qadınları döyüb, evi talan etdilər

Göygöldə quldurluq: maskalı şəxslər qadınları döyüb, evi talan etdilər
19:17 12 Yanvar 2015
211 Digər
Ölkə mətbuatı
A- A+

Bir neçə gün əvvəl Göygöldə quldurluq edən dəstə zərərsizləşdirilib. Cinayətkarlar evə basqın edərək külli miqdarda pul və qızıl zinət əşyaları aparıblar.

Daxili İşlər Nazirliyinin (DİN) mətbuat xidmətindən Kəpəz Televiziyasına (Region TV) verilən məlumata görə, Baş Cinayət-Axtarış İdarəsi, Göygöl Rayon Polis Şöbəsi və Şabran RPŞ əməkdaşlarının həyata keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində Üçbulaq kənd sakini Elmidar Mirişov, Neftçala rayon sakini Qorxmaz Manafov və Şabran rayon sakini Qərib Dostəliyev tutulublar.

Onlar yanvarın 4-də Göygöl rayonunda İsa Alışanovun 50.000 manatını, 3.000 manat dəyərində qızıl əşyalarını və 2 ədəd ov tüfəngini quldurluq yolu ilə alıblar.

Qeyd edək ki, hadisə rayonun Üçbulaq kəndində yerləşən evdə baş verib. 3 nəfər maskalı şəxs 43 yaşlı Alışanov İsaya məxsus evə daxil olaraq ev sahibini, onun anası Əsli Alışanovanı və bacıları Matat, Könül Gülnisəni döyərək onlara bədən xəsarətləri yetirdikdən sonra evdə pulları və qızıl-zinət əşyalarını aparıblar. Yaralılar Göygöl Mərkəzi Rayon Xəstəxanasına yerləşdiriliblər.

Milli.Az


RƏYLƏR

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR