Beh verərkən nələrə fikir verək?

Beh vermək məsələsinə daşınar və daşınmaz əmlak bazarında rast gəlinir.

Satıcı çox vaxt əlindəki mülkü başqasına təklif etməmək üçün alıcıdan beh tələb edir. Beh əmlakın dəyərinin müəyyən bir hissəsini təşkil edir.

Sonradan hər hansı bir problemin yaranmaması üçün beh verilən zaman tərəflər arasında müqavilə bağlanır. Lakin təəssüf olsun ki, bu gün əksər insan beh verərkən bu qaydalara əməl etmir.

Hüquqşünas Asif Abdullayev Metbuat.az-a açıqlamasında bildirir ki, beh haqqında razılaşma yazılı formada bağlanmalıdır:

“Qanunvericiliyə əsasən, beh müqavilənin bağlanmasını təsdiq etmək və öhdəliklərin icrasını təmin etmək üçün ödənilən pul məbləğidir. Beh məbləği ümumi məbləğdən çıxılır və ümumi məbləğ qarşı tərəfə ödənilərkən, beh nəzərə alınır. Behin məbləğindən asılı olmayaraq beh haqqında razılaşma yazılı formada bağlanmalıdır. Beh vermiş şəxs öz üzərinə götürdüyü öhdəliyi icra etməzsə, beh digər tərəfdə qalır. Müqavilənin icra edilməməsi üçün beh almış tərəf məsuliyyət daşıyırsa, o, digər tərəfə behin iki mislini ödəməlidir. Bundan əlavə, müqavilənin icra edilməməsi üçün məsuliyyət daşıyan tərəf, əgər müqavilədə ayrı qayda nəzərdə tutulmayıbsa, beh məbləği hesaba alınmaqla, zərərin əvəzini digər tərəfə ödəməyə borcludur”.

Xəyalə Məmmədova / METBUAT.AZ

"Burada ən son texnoloji vasitələrdən istifadə olunur" - FOTOLAR/ REPORTAJ


Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR