40 min yaşı olan at balası tapılıb - FOTO

Rusiyanın Sibir bölgəsində 40 min yaşı olan at fosili tapılıb.

Metbuat.az "Siberian Times"a istinadla xəbər verir ki, alimlər Rusiya Federasiyasına bağlı Yakutiyanın "cəhənnəm ağzı" olaraq tanınan Bataqai çuxurunda at balasının tamamilə qorunmuş fosilini tapıblar.

Mamont Muzeyinin rəhbəri Semyon Qriqoryev qeyd edib ki, at balası öldüyü zaman 3 aylıq olub və donmuş torpaq sayəsində qorunmuş olaraq tapılıb.

Atın fosilində hər hansı yara izinə rast gəlinmədiyinə də diqqət çəkən Qriqoryev "daxili orqanları ilə yanaşı qəhvərəngi tükləri, quyruğu və yalı da qorunub"- deyərək açıqlama verib.

Çuxurun 30 metr dərinliyində tapılan at balasının 40 min il əvvəl yaşadığı güman edilir.

Aysel Yaqubqızı / Metbuat.az

Ölümdən sonra həyat mümkündür? - Reinkarnasiya ilə bağlı ŞOK FAKTLAR


Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)
Загрузка...

RƏYLƏR

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR