“Hər iki komandanın oyun performansı çox xoşuma gəldi. Biz bilirdik ki, kimə qarşı oynayırıq”.
Metbuat.az-ın məlumatına görə, bunu “Neftçi”nin baş məşqçisi Yuri Vernidub “Sabah”la keçirilən oyundan sonrakı mətbuat konfransında bildirib.
O qeyd edib ki, “Neftçi” çempionla, Çempionlar Liqasında çıxış edən komanda ilə qarşılaşıb:
“Biz çempionla oynayırdıq. Çempionlar Liqasında oynayan komanda ilə qarşılaşırdıq. “Sabah”ın oyunlarına baxanda, hətta “Mançester”lə matçda belə, komandanın əzmlə mübarizə apardığını görürdük. Bu gün də demək olar ki, bərabər səviyyəli oyun izlədik. Ola bilər ki, qol imkanlarımız oldu, amma onlardan istifadə edə bilmədik. “Sabah”ın çox güclü müdafiəsi var. Təəssüf ki, qol vura bilmədik, amma bu, futboldur. Nəzərə alaq ki, həm bizim, həm də rəqibin futbolçuları millidə çıxış edirlər və bu da bugünkü matça təsir göstərir”.
Baş məşqçi əlavə edib ki, o, hər zaman qalib gəlmək istəyir:
“Bir baş məşqçi kimi mən 2 xal itirdim, çünki hər zaman 3 xal qazanmaq istəyirəm. Əgər biz çempion olmaq istəyiriksə, buna uyğun oyun nümayiş etdirməliyik”.
Qeyd edək ki, Bakı derbisində hesab açılmayıb.