Türkiyə Futbol Federasiyası millinin baş məşqçisi Vinçenso Montella ilə yollarını ayırıb.
Metbuat.az xəbər verir ki, bu barədə federasiyanın İdarə Heyətinin iclasında qərar qəbul olunub. İclas zamanı beş idarə heyəti üzvünün istefa verdiyi bildirilib.
Qeyd edək ki, 2026-cı il dünya çempionatında mübarizəni dayandıran Türkiyə millisi Millətlər Liqasında da keçirdiyi dörd oyunun hamısında məğlub olub.