Ronaldo, Messi yoxsa Noyer? (CANLI YAYIM)

Ronaldo, Messi yoxsa Noyer? (CANLI YAYIM)
21:56 12 Yanvar 2015
219 İdman
Ölkə mətbuatı
A- A+

Bu gün 2014-cü il üçün dünyanın ən yaxşı futbolçusunun adı açıqlanacaq.

ANS PRESS-in məlumatına görə, İsveçrənin Sürix şəhərində başlayan tədbirdə üç namizəddən biri “Qızıl top”a sahib olacaq.

Bunlar Portuqaliya millisinin və "Real"ın (Madrid) hücumçusu Kriştiano Ronaldo, Argentina milisinin və “Barselona”ın hücumçusu Lionel Messi və Almaniya millisinin heyətində son dünya çempionu olan “Bavariya”nın qapıçısı Manuel Noyerdir.

Messi artıq sözügedən mükafatı 4 dəfə (2009, 2010, 2011, 2012) qazanıb. Ronaldo isə 2 dəfə (2008, 2013) dünyanın ən yaxşı futbolçusu seçilib. Noyer isə ilk dəfə bu mükafa sahib ola bilər.
Xatırladaq ki, bu mükafatı sonuncu dəfə K.Ronaldo qazanıb.

Bundan əlavə tədbirdə ilin rəmzi komandası, ilin ən yaxşı qolu, qadınlar arasında ilin ən yaxşı futbolçusu və həm kişi, həm də qadınlar arasında ilin ən yaxşı baş məşqçisinin də adı elan ediləcək.

Namizədlər:

İlin ən yaxşı kişi futbolçusu: Lionel Messi (Argentina, “Barselona”), Kriştiano Ronaldo (Portuqaliya, “Real”, Madrid), Manuel Noyer (Almaniya, “Bavariya”)
İlin ən yaxşı qadın futbolçusu: Nadin Kessler (Almaniya, “Volfsburq”), Marta (Braziliya, “Rosenqard”), Ebbi Vambax (ABŞ, “Vestern Nyu-York Flaş”)

Kişi futbolunda ilin ən yaxşı baş məşqçisi: Karlo Ançelotti (İtaliya, “Real”, Madrid), Dieqo Simeone (Argentina, “Atletiko”, Madrid), Yoahim Löv (Almaniya millisi)

Qadın futbolunda ilin ən yaxşı baş məşqçisi: Ralf Kellermann (Almaniya, “Volfsburq”), Maren Meynert (Almaniya U-19 və U-20 millisi), Norio Sasaki (Yaponiya millisi)

İlin ən yaxşı qolu (Ferens Puşkaş mükafatı): Stefani Roş (İrlandiya millisi və "Pimaunt Yunayted"in qadın futbolçusu), Xames Rodriqes (Kolumbiya, "Real", Madrid), Robin van Persi (Hollandiya, "Mançester Yunayted")


RƏYLƏR

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR