"Qarabağ"ın baş məşqçisi Qurban Qurbanov komandanın kapitanı Rəşad Sadıqovu Topaz Premyer Liqasının ikinci turunda "Səbail" lə səfər matçının iştirak ərizəsinə daxil etməyib.

Milli.Az "Report"a istinadən bildirir ki, buna səbəb baş məşqçinin 36 yaşlı mərkəz müdafiəçisinı istirahət verməsidir.

Qeyd edək ki, Sadıqov Çempionlar Liqasının III təsnifat mərhələsində Belarus BATE-si ilə oyunlarda buraxılan qollarda (0:1, 1:1) səhvə yol verdiyi üçün azarkeşlərin tənqidi ilə üzləşib.

Milli.Az