Azərbaycanda DİZEL bahalaşacaq?

Xəbər verdiyimiz kimi, Azərbaycanda “Premium Euro-95” və “Super Euro-98” markalı yanacağın qiyməti qalxıb.

Yeni tariflərə əsasən, “Premium Euro-95”in satış qiyməti 1,50 manat, “Super Euro-98” markalı benzinin qiyməti isə 1,60 manat olub.

Benzinin qiymətinin qalxması sosial şəbəkələrdə dizelin qiymətinin qalxacağı ilə bağlı iddiaları formalaşdırıb.

Məsələyə münasibət bildirən iqtisadçı Cəfər İbrahimli Metbuat.az-a açıqlamasında deyib ki, dizelin qiymətinin qalxıb-qalxmamasına Tarif Şurası qərar verir:

“Dizel kənd təsərrüfatı, sənaye və daşımaçılıqda çox ciddi rola malikdir. Bu yanacaq məhsulun istehsalının maya dəyərində kifayət qədər yer tutur. Məncə, dizelin qiymətinin qaldırılması bu sahələrə mənfi təsir edə bilər. Məsləhət olar ki, dizelin qiymətini olduğu kimi saxlasınlar”.

Qeyd edək ki, qonşu ölkələrdən Gürcüstan Respublikasında 95 oktanlı avtomobil benzinin satış qiyməti 1.03 ABŞ dolları, yəni 1.75 AZN, 98 oktanlı benzinin satış qiyməti 1.07 ABŞ dolları, yəni 1.82 AZN, Türkiyədə isə müvafiq olaraq, 1.14 ABŞ dolları, yəni 1.94 AZN və 1.18 ABŞ dolları, 2.0 AZN təşkil edir. Ukrayna Respublikasında bu növdə avtomobil benzinlərinin satış qiyməti müvafiq olaraq, 1.18 ABŞ dolları, yəni 2.0 AZN və 1.22 ABŞ dolları, yəni 2.07 AZN civarındadır. Vacib məqam bundan ibarətdir ki, qonşu Gürcüstan Respublikasında da bizdə olduğu kimi, adı çəkilən neft məhsulları istehsal edilmir və tələbat dünya bazarından idxal hesabına ödənilir.

Xəyalə Məmmədova / METBUAT.AZ

Gəlin SEVGİLİSİ İLƏ QAÇDI - Plan sonradan üzə çıxdı - TIKLAYIN!


Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR