Şou-biznes əhli hansı bədən üzvlərini sığorta etdirmək istəyər?

Milli.Az baku.ws-yə istinadən "Xəzər maqazin"in sənət adamları arasında bununla bağlı keçirdiyi sorğunun nəticələrini təqdim edir:

Əməkdar artist Abbas Bağırov: "İndiki baş verənlərə dözmək üçün sağlam ürək lazımdır. Ürəyimi istəyərəm. Bunun üçün səkkiz milyon deyərəm".

Müğənni Sevda Yahyayeva: "Başımı... Səsim də, gözüm də, qulaqlarım da, düşünən beynim də orada yerləşir. Milyon dəyərindədir".

Müğənni Elnarə Xəlilova: "Saçım mənim gözəlliyimdir. Məndə ən gözəl olan elə saçlarımdır".

Rəqqasə Oksana Rəsulova: "Saçlarımı və gözlərimi sığorta etdirərdim".

Əməkdar artist Mətanət İsgəndərli: "Səsimi bir milyon dollara sığorta etmək istəyərəm".

Reper Ceyhun Zeynalov: "İmkan olsaydı, ürəyimi sığorta etdirərdim. Çünki məndə olan ürək heç kimdə yoxdur".

Əməkdar artist Nüşabə Ələsgərli: "Özümü".

Müğənni, bəstəkar Ramal İsrafilov: "Səsimi bir milyona sığortalatdıraram".

Xalq artisti Nazpəri Dostəliyeva: "Bütün bədənimi. Hissələrə bölmərəm".

Rəqqasə Fatimə Fətəliyeva: "Mənim sənətimdə əsas əl və ayaqdır. Onları sığortalatdırmalıyam. Onlar olmasa, heç nə yarada bilmərəm. Qiymət isə bir milyon dollar".

Prodüser Tarix Əliyev: "Dilimi. 10 min dollara sığortalatdırmaq istəyərəm".

Milli.Az