Bu məsələdə İslam məzhəblərinin və müctəhid alimlərin fikri fərqlidir.

Milli.Az islam.az-a istinadən bildirir ki, əhli-sünnə təyəmmüm zamanı ovuclarını iki dəfə yerə vurur (bir dəfə sifət, bir dəfə də əllər üçün).

Şiəlikdə isə, geniş yayılmış fikrə görə, yalnız təyəmmümün əvvəlində ovuclar bir dəfə yerə vurulur. Amma bəzi müctəhidlər ehtiyata əsasən fətva veriblər ki, yuxarıdakı qayda ilə təyəmmüm edəndən sonra yenə ovucları yerə vurub əllərin üzərinə çəkmək lazımdır (bu yolla təyəmmüm həm bir toxunuşlala, həm də iki toxunuşka yerinə yetirilmiş olur).

Milli.Az