Tanınmış aktrisa, əməkdar artist Nahidə Orucova Arb telekanalında yayımlanan "Səhər-səhər" verilişindən gedib.

Aktrisa Milli.Az əməkdaşı ilə söhbətində xəbəri təsdiqləyib:

" Bəli, artıq yeni mövsümdən "Səhər-səhər" verilişində olmayacaqam. Çox gözəl kollektivlə çalışdım, gözəl insanların əhatəsində oldum. Sadəcə olaraq veriliş vaxtımı çox alırdı, yaradıcılığıma mane olurdu", - deyə aktrisa bildirib.

Qeyd edək ki, "Səhər-səhər" verilişinə Elgiz Əkbər, Əli Mirəliyev və Nahidə Orucova aparıcılıq edirdi.

Əli Novruzəliyev
Milli.Az