Şəhriyar Məmmədyarov yenidən heç-heçə etdi

Azərbaycanlı qrossmeyster Şəhriyar Məmmədyarov Norveç təmsilçisi Maqnus Karlsenlə Sinkfild Kuboku çərçivəsində keçirilən oyunda heç-heçə edib.

Metbuat.az-ın məlumatına görə, nəticə turnirin 8-ci turunda qeydə alınıb. Turnir ABŞ-ın Sent-Luis şəhərində keçirilir.

Turnirin digər qarşılaşmaları da heç-heçə bitib. 8 turdan sonra lider Fabiano Karuanadır (5 xal). 2-ci, 3-cü, 4-cü və 5-ci yerlərdə Şəhriyar Məmmədyarov, Aleksandr Qrişyuk, Levon Aronyan və Maqnus Karlsen (4,5 xal) qərarlaşıblar.

Turnirin sonuncu 9-cu turu avqustun 27-də keçiriləcək. Təmsilçimiz hindistanlı Vişvanatan Anandla görüşəcək.

Cəbhədən son məlumat - Müdafiə Nazirliyi - Oxumaq üçün tıkla


Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR