"Fənərbaxça" çempionluq yarışında vacib xal itirdi

“Fənərbaxça” klubu Superliqanın XXXV turunda qarşılaşdığı “Konyaspor”la matçda xal itkisi ilə üzləşib.

Metbuat.az xəbər verir ki, İsmail Kartalın yetirmələri səfərdə 0:0 hesablı heç-heçəyə razılaşıb. Bu nəticənin ardından turnir cədvəlində ikinci sırada qərarlaşan “sarı-lacivərdlilər”in əzəli rəqibi “Qalatasaray”la xal fərqi 6-ya yüksəlib.

Qeyd edək ki, Türkiyə çempionatının başa çatmasına 3 tur qalmış Okan Burukun komandası 96 xalla liderdir.


Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR

Media Savadlılığı