"Sumqayıt" və "Zirə"nin stadionlarının süni ot örtüyü təbii otla əvəzlənir

"Sumqayıt" və "Zirə" futbol klublarının ev oyunlarını keçirdiyi stadionların süni ot örtüyü təbii otla əvəzlənir.

Metbuat.az AFFA-nın saytına istinadən məlumat verir ki, assosiasiyanın "Grow 2020" inkişaf strategiyasının məqsədləri çərçivəsində infrastruktur layihələri həyata keçirilməkdə davam edir.

AFFA tərəfindən “Sumqayıt” FK-nın ev oyunlarını keçirdiyi "Kapital Bank Arena"nın süni ot örtüyü təbii ot örtüyü ilə əvəzlənir və stadion ərazisində təbii örtüklü yeni məşq meydançası inşa olunur.

Həmçinin “Zirə” FK-nın ev oyunlarını keçirdiyi Zirə İdman Kompleksinin stadionunda süni örtüklü meydançanın yerinə təbii örtüklü meydança inşa edilir.

Sabah hava belə olacaq - Proqnoz açıqlandı - Oxumaq üçün tıkla


Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR