Dəri problemlərini aradan qaldırın

Bu gün dünyada 60 milyon insan dəri problemlərindən əziyyət çəkir.

Metbuat.az “Mynet.com”a istinadən xəbər verir ki, bəzi təbii üsullar ilə bu problemlərdən xilas olmaq mümkündür.

Qırışıqlıqlar üçün banan və bal üsulu

Bananı bir çay qaşığı bal ilə əzin. Bu qarışığa qatıq və portağal suyu da əlavə edə bilərsiniz. Qarışığı üzünüzə tətbiq edin. 15-20 dəqiqə gözlədikdən sonra durulayın. Daha sonra üzünüzə nəmləndirici krem vurun.

iStock-184320944

Qara nöqtələr üçün kartof suyu

Sızanaqlardan xilas olmaq üçün kartof suyundan istifadə edin və quruyana qədər gözləyin. Bol su ilə yuyun. Sızanaqların quruduğunu görəcəksiniz.

iStock-506476784

Yağlı dəri üçün şəkərli pomidor

Pomidoru 1 çay qaşığı şəkərlə qarışdırın. Təxminən 5 dəqiqə dərinizdə saxlayıb, sonra durulayın. Dərinizin daha az yağlı olduğunu görəcəksiniz. Eyni zamanda, pomidoru yarıya qədər kəsib, bir miqdar şəkər əlavə edib, dərinizin üzərində gəzdirə bilərsiniz.

sekerli

Sıxlaşmış məsamələr üçün alma sirkəsi

Alma sirkəsini bir az su ilə seyrəldin və dərinizə tətbiq edin. 5 dəqiqə gözlədikdən sonra su ilə yaxalayın. Qurumanın qarşısını almaq üçün nəmləndirin.

Həssas bir dəriyə sahib olanların bu üsullardan istifadə etməzdən öncə bir mütəxxəsislə məsləhətləşməsi tövsiyyə olunur.

iStock-990364622

https://metbuat.az/news/1016523/bu-bitkini-tanidin...


Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR