4 il əvvəl Rusiya dağlarında itkin düşən alpinistin cəsədi iri buz parçasınn içərisindən tapılıb.

Milli.Az Mirror-a istinadla xəbər verir ki, cəsəd 2014-cü ildə Altay dağlarına yollanan 49 yaşlı alpinist Nikolay Puşkarevə aiddir.

Onun cəsədini həmin yerə çıxan başqa alpinistlər tapıblar. Buzun içərisində bot görən alpinistlər yardım çağırıblar.

Cəsədin buzun içərisindən çıxarılması 4 gün çəkib.

Nikolayın cansız bədəni Koş-Agachski xəstəxanasına aparılıb və onun yaxınlarına xəbər verilib.

Qeyd edək ki, Nikolay sonuncu dəfə 2014-cü ilin may ayında qohumları ilə əlaqə saxlayıb. O, May ayının 8-də evinə qayıtmağı planlaşdırsa da, bir neçə gün sonra "Nissan" markalı avtomobili park edilmiş halda tapılıb.

Bəxtiyar Umarlı
Milli.Az