Silsilə cinayətlər törədən qatilin məktubu qurbanların valideynlərini dəhşətə gətirib.

Milli.Az haberler-ə istinadla xəbər verir ki, Belçikada 6 uşağı qaçırıb, 4-nü öldürən qatil uşaqların valideynlərinə məktub yazaraq onların "yarasını qanadıb".

Marc Dutroux adlı qatil qaçırıb, zorlayıb, öldürdüyü uşaqların valideynlərinə "Suallarınız varsa cavablandıra bilərəm", - deyə məktub ünvanlayıb.

Qeyd edək ki, 1986-cı ildə Marc xanımı ilə birlikdə uşaq qaçırdığına görə saxlanılıb. O, 3 il məhkumluq həyatı yaşadıqdan sonra şərti azadlığa buraxılıb. O, 90-cı illərdə 6 uşaq qaçırdıb. Onlardan ikisini öldürüb, ikisi isə aclıqdan ölüb. Qatil 1996-cı ildə yenidən həbs olunub.

Emin
Milli.Az