Messi Ronaldonun "Qızıl top" almasından danışdı

Messi Ronaldonun "Qızıl top" almasından danışdı
01:56 13 Yanvar 2015
271 İdman
Ölkə mətbuatı
A- A+

"Ötən ilin ən yaddaqalan hadisə isə dünya çempionatının finalı oldu. Təəssüf ki, biz qalib gələ bilmədik".

Bu sözləri "Barselona"nın futbolçusu Lionel Messi ilin ən yaxşılarının mükafatlandırılmasından sonra "France Football"a açıqlamasında deyib.

Argentinalı futbolçu Ronaldonun "Qızıl top"u qazanmağa layiq olduğunu bildirib: "2014-cü il artıq geridə qaldı. Gələcəyə baxmaq lazımdır. Ümid edirəm ki, bu il də kuboklar uğrunda mübarizə aparacağıq. Ronaldo "Qızıl top"u qazanmağa layiq idi. O, ili əla keçirdi".

Qeyd edək ki, səsvermədə səsvermə Lionel Messi ("Barselona") və Manuel Noyeri ("Bavariya") qabaqlayan Ronaldo bununla da, ardıcıl ikinci (2013,2014), ümumilikdə isə üçüncü dəfə (2008) ilin ən yaxşı futbolçusu seçilib.

Xəbərin orijinal ünvanı: http://anspress.com/index.php?a=2&lng=az&cid=11&nid=319302

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR