"Qarabağ"ın futbolçusu Yakub Jezniçak diqqət mərkəzinə düşüb.
Milli.Az xəbər verir ki, polşalı müdafiəçi sabiq klubu "Legiya"ya olan sevgisini yenə də nümayiş etdirib. Kuba ayağına Varşava klubunun yaranma tarixini döymə etdirib. Onun bu hərəkəti Polşada gündəmə çevrilib.
Qeyd edək ki, Y.Jezniçak 12 il formasını geyindiyi "Legiya"dan "Qarabağ"a ötən yay keçib. O, kapitanı olduğu sabiq komandasının heyətində 5 dəfə Polşa çempionluğu, 6 dəfə ölkə kuboku və 1 dəfə Superkuboka yiyələnib.
Milli.Az