Mariya Stadnik Polşada güləşəcək

Sentyabrın 7-dən 9-dək Polşanın paytaxtı Varşavada Dünya Güləş Birliyinin (UWW) təqvim planına əsasən “Qran-pri” seriyasından olan “Poland Open” turniri keçiriləcək.

Azərbaycan Güləş Federasiyasından Metbuat.az-a verilən məlumata görə, yarışda ölkəmizi qadınlardan ibarət yığmamızın kapitanı Mariya Stadnik (50 kq) təmsil edəcək. 3 qat olimpiya medalçısı, dünya və 7 qat Avropa çempionu şəxsi məşqçisi Andrey Stadnikin rəhbərliyi altında Varşavada güləşəcək.

Havanın temperaturu aşağı düşəcək - Proqnoz açıqlandı - oxumaq üçün tıkla


Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR