Dəhşətli virusdan ölənlər artır

Dəhşətli virusdan ölənlər artır
04:46 13 Yanvar 2015
167 Dünya
Ölkə mətbuatı
A- A+

“Ebola” virusundan ölənlərin sayı səkkiz min üç yüz nəfəri ötüb.

ANS PRESS-in məlumatına görə, Ümumdünya Səhiyyə Təşkilatının (ÜST) son yaydığı açıqlamada, ölümcül virusa yoluxaraq ölənlərin sayının 8 371 nəfər olduğu bildirilib.

Eyni zamanda, bu virusa yoluxanların sayı da artaraq 21 171 insan təşkil edib.

Statistikaya üç Qərbi Afrika ölkəsi – Qvineya, Liberiya və Syerra Leone daxildir. Liberiyada 8 278 yoluxma faktından 3 515, Syerra Leonedə 10 094 yoluxma faktından 3 049, Qvineyada isə 2 799 yoluxma faktından 1 807 insan ölümü qeydə alınıb.

Ölüm hallarının əksəriyyəti sadalanan ölkələrdə olsa da, digər ölkələrdə də rast gəlinib. Bunlardan Malini, Nigeriyanı, Seneqalı, İspaniyanı, Böyük Britaniyanı və ABŞ-ı misal göstərmək olar.

Qeyd edək ki, Dünya Bankının ekspertlərinin hazırladığı son məruzədə Qərbi Afrikanı bürümüş Ebola virusuna qarşı mübarizəyə 3-4 milyard dollar vəsait lazım olduğu bildirilir.

Xəbərin orijinal ünvanı: http://anspress.com/index.php?a=2&lng=az&cid=48&nid=319313

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR