Emma Ələkbərzadə: "Körpəmi qucağıma alacağım günə az qalıb"

Emma Ələkbərzadə: "Körpəmi qucağıma alacağım günə az qalıb"
15:36 23 Aprel 2015
227 Şou
Ölkə mətbuatı
A- A+

Tanınmış estrada müğənnisi Emma Ələkbərzadə hamiləliyi ilə bağlı yazılmış xəbərlərə reaksiya verdi. İfaçı ANS PRESS-ə açıqlamasında, bu xəbərin mediada yer almasından narazı olduğunu bildirdi:

"Çox çalışdım ki, jurnalistlər xəbər tutmasın, amma alınmadı. Bu barədə konkret heç nə deməyəcəm. Sadəcə onu deyə bilərəm ki, körpəmi qucağıma götürəcəyim günə az qalıb. Bundan artıq heç bir məlumat verməyəcəm. Çox xahiş edirəm, heç kim məni narahat etməsin".

Xatırladaq ki, Emma Ələkbərzadə 3 noyabr 2012-ci ildə Çingiz Emil adlı bəylə rəsmi nikaha girib.
Cütlüyün toy mərasimi müəyyən səbəblərdən 3 ay sonra, 8 fevral 2013-cü ildə baş tutmuşdu.
Mənbə
ANS PRESS



Xəbərin orijinal ünvanı: http://anspress.com/index.php?a=2&lng=az&cid=37&nid=339907

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR