​Bakıda tikinti şirkətinin yük maşını qəzaya uğrayıb, yaralanan var

​Bakıda tikinti şirkətinin yük maşını qəzaya uğrayıb, yaralanan var
16:57 23 Aprel 2015
46 Sosial
Ölkə mətbuatı
A- A+

Bakı. 23 aprel. REPORT.AZ/ Bakının Nizami rayonunda yol qəzası baş verib.
“Report”un məlumatına görə, hadisə metronun “Neftçilər” stansiyasının yaxınlığındakı dairədən üzü Neft Emalı Zavodu istiqamətində olan yolda qeydə alınıb.
Belə ki, eyni istiqamətdə hərəkət edən yük maşını ilə “Mercedes” markalı avtomobil toqquşub. Nəticədə “Mercedes”in sürücüsü yüngül xəsarət alıb. Qəza baş verən ünvanda Nizami rayon yol polis şöbəsinin əməkdaşları araşdırma aparıblar.
Hadisə baş verən yolda nəqliyyat vasitələrinin sıxlığı yaranıb.
Qeyd edək ki, qəzada iştirak edən yük maşını “Riva” tikinti şirkətinə məxsusdur.



Xəbərin orijinal ünvanı: http://report.az/hadise/bakida-tikinti-sirketinin-yuk-masini-qezaya-ugrayib-yaralanan-var-foto

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR