“Qaynar xətt” əlaqə mərkəzinə daxil olmuş müraciət üzrə cinayət işi başlanıb

17:03 23 Aprel 2015
171 Ölkə
Ölkə mətbuatı
A- A+


Bakı, 23 aprel, AZƏRTAc
Bakı şəhər sakininin Fövqəladə Hallar Nazirliyinin sabiq əməkdaşı tərəfindən ona qarşı yol verilmiş qanunsuz hərəkətlər barədə 161 saylı “Qaynar xətt” əlaqə mərkəzinə daxil olmuş müraciəti üzrə Baş Prokuror yanında Korrupsiyaya Qarşı Mübarizə Baş İdarəsində cinayət işi başlanıb.
Fövqəladə Hallar Nazirliyindən (FHN) Baş Prokurorluğa daxil olmuş eyni məzmunlu müraciət üzrə aparılmış araşdırmalar zamanı Anar Allahverdiyevin FHN-in Xüsusi Riskli Xilasetmə Xidmətinin Çevik xilasetmə idarəsində bölmə rəisi vəzifəsində işləyərkən qulluq mövqeyindən istifadə etməklə Bakı şəhər sakinini həmin xidmətə işə qəbul etdirmək adı ilə aldadaraq 8 min manat məbləğində pulunu ələ keçirməsində şübhələr üçün əsaslar olduğundan fakta görə Cinayət Məcəlləsinin 178.3.2-ci (külli miqdarda ziyan vurmaqla dələduzluq) maddəsi ilə cinayət işi başlanıb.
Baş Prokurorluğun mətbuat xidmətindən AZƏRTAC-a bildiriblər ki, hazırda iş üzrə istintaq tədbirləri davam etdirilir.

Xəbərin orijinal ünvanı: http://azertag.az/xeber/Qaynar_xett_elaqe_merkezine_daxil_olmus_muraciet_uzre_cinayet_isi_baslanib-849092

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR