Play Store

Moskvada Rusiya-Azərbaycan Demarkasiya Komissiyasının növbəti iclası keçirilib

Moskvada Rusiya-Azərbaycan Demarkasiya Komissiyasının növbəti iclası keçirilib
16:12 23 Aprel 2015
53 Ölkə
Ölkə mətbuatı
A- A+

[ 23 Aprel 2015 17:05 ]

Moskva. Fərid Əkbərov - APA. Moskvada Azərbaycan-Rusiya birgə Demarkasiya Komissiyasının növbəti, üçüncü iclası keçirilib.

Bu barədə APA-nın Moskva müxbirinə Azərbaycanın Rusiyadakı səfirliyinin mətbuat xidmətindən məlumat verilib.

 

Məlumatda bildirilir ki, Azərbaycan nümayəndə heyətinə xarici işlər nazirinin müavini, Azərbaycan Respublikasının Rusiya Federasiyası ilə dövlət sərhədlərinin Demarkasiyası üzrə Dövlət Komissiyasının sədri Xələf Xələfov rəhbərlik edib.

 

İclasda Azərbaycan-Rusiya dövlət sərhədlərinin demarkasiyası prosesi ilə bağlı bir sıra məsələlər müzakirə olunub, ekspertlərin görüşlərinin nəticələrini əks etdirən protokollar təsdiqlənib. Eyni zamanda Azərbaycan-Rusiya dövlət sərhədinin ərazisində sərhəd nişanlarının işarələnməsi qaydaları haqqında Təlimat imzalanıb.

 

Komissiya 2015-ci il üçün İş Planını və demarkasiya prosesi ilə bağlı bəzi təlimatlara dəyişiklikləri də təsdiq edib.

 

Azərbaycan-Rusiya Birgə Demarkasiya Komissiyasının iclası mehriban qonşuluq və konstruktiv dialoq ruhunda keçib. İclasın yekununda protokol imzalanıb.


Xəbərin orijinal ünvanı: http://az.apa.az/news/380930

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)
Загрузка...

RƏYLƏR

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR