Play Store

5 uşaq atası narkotik vasitə ilə tutuldu (FOTO)

5 uşaq atası narkotik vasitə ilə tutuldu (FOTO)
19:38 23 Aprel 2015
176 Ölkə
Ölkə mətbuatı
A- A+

Azərbaycan, Bakı, 23 aprel /Trend/

Tovuz sakini Gəncədə narkotik vasitə ilə saxlanılıb.

Trend Kəpəz TV-yə (Region TV) istinadən xəbər verir ki, Gəncə şəhər Baş Polis İdarəsinin Cinayət-Axtarış İdarəsinin əməkdaşlarının keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində 1958-ci il təvəllüdlü Tovuz rayon Qəribli kənd sakini Cavad Hacıyev şəhərin Yeni Gəncə qəsəbəsində “Şəmkir avtovağzalı” adlanan ərazidə şübhəli şəxs qismində saxlanılıb.

Gəncə şəhər Baş Polis İdarəsinə aparılan C.Hacıyevin üzərinə baxış zamanı əlində olan göy rəngli sellofan torbanın içərisində 550 qram narkotik vasitə olan marixuana aşkar edilərək götürülüb.

Saxlanılan 5 uşaq atası C.Hacıyev narkotik vasitə istifadəçisi olduğunu bildirib. O, ötən ilin sentyabrında Tovuzda Zəyəm çayının kənarından çətənə kollarını yığaraq qurutduğunu deyib.

Faktla bağlı Gəncə şəhər Baş Polis İdarəsinin İstintaq və Təhqiqat İdarəsində araşdırma aparılır.

Məqalə müəllifi ilə əlaqə ünvanı: agency@trend.az

Bizi Twitter-dən izləyin: @trend_az


Xəbərin orijinal ünvanı: http://az.trend.az/azerbaijan/incident/2387393.html

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)
Загрузка...

RƏYLƏR

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR