Misir Mədəniyyət Mərkəzinin rəhbəri Azərbaycan Bəstəkarlar İttifaqında olub

Misir Mədəniyyət Mərkəzinin rəhbəri Azərbaycan Bəstəkarlar İttifaqında olub
20:42 23 Aprel 2015
Ölkə mətbuatı
A- A+

Bakı. 23 aprel. REPORT.AZ/ Misir Mədəniyyət Mərkəzinin müdiri Əhməd Sami Elaydi Azərbaycan Bəstəkarlar İttifaqında görüşdə olub. 
Mərkəzdən "Report"a verilən məlumata görə, İttifaqın sədri Firəngiz Əlizadə rəhbərlik etdiyi qurumun yaranma tarixindən, fəaliyyətindən, Bəstəkarlar İttifaqının hər il Şəki şəhərində keçirdiyi “İpək yolu” Beynəlxalq Musiqi festivalı haqqında məlumat verib. O, qonağa Misir tərəfinin də festivala qatılmasını təklif edib.   
Ə.S.Elaydi də öz növbəsində Misir musiqiçilərinin həmin festivalda iştirakının çox önəmli olduğunu və bunun iki ölkə arasında mədəni əlaqələrinin inkişafında perspektiv olduğunu vurğulayıb. 

Xəbərin orijinal ünvanı: http://report.az/medeniyyet-siyaseti/misir-medeniyyet-merkezinin-rehberi-azerbaycan-bestekarlar-i-ttifaqinda-olub

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR