Messi Ronaldunun "Qızıl top" almasından danışdı

09:32 13 Yanvar 2015
159 İdman
Ölkə mətbuatı
A- A+

"Ötən il şəxsən mənim və komandam üçün çətin keçdi. Ən yaddaqalan hadisə isə dünya çempionatının finalı oldu. Təəssüf ki, biz qalib gələ bilmədik".
 
Milli.Az qol.az-a istinadən xəbər verir ki, bu sözləri "Barselona"nın futbolçusu Lionel Messi ilin ən yaxşılarının mükafatlandırılmasından sonra "France Football"a açıqlamasında deyib.
 
Argentinalı futbolçu Ronaldunun "Qızıl top"u qazanmağa layiq olduğunu bildirib: "2014-cü il artıq geridə qaldı. Gələcəyə baxmaq lazımdır. Ümid edirəm ki, bu il də kuboklar uğrunda mübarizə aparacağıq. Ronaldu "Qızıl top"u qazanmağa layiq idi. O, ili əla keçirdi".
 
Qeyd edək ki, səsvermədə Lionel Messi ("Barselona") və Manuel Noyeri ("Bavariya") qabaqlayan Ronaldu bununla da ardıcıl ikinci (2013, 2014), ümumilikdə isə üçüncü dəfə (2008) ilin ən yaxşı futbolçusu seçilib.

Milli.Az
 

RƏYLƏR

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR