GUAM-ın mənzil-qərargahında nəqliyyat üzrə işçi qrupunun iclası olub

GUAM-ın mənzil-qərargahında nəqliyyat üzrə işçi qrupunun iclası olub
22:03 23 Aprel 2015
70 Ölkə
Ölkə mətbuatı
A- A+


Kiyev, 23 aprel, AZƏRTAC 
Aprelin 22-23-də Ukraynanın paytaxtında, GUAM-ın Katibliyində nəqliyyat üzrə işçi qrupunun 10-cu iclası olub. İclasda üzv dövlətlərin və GUAM Katibliyinin nümayəndə heyətləri iştirak ediblər. Bu barədə AZƏRTAC-a Təşkilatın Kiyevdəki mənzil-qərargahından məlumat veriblər.
Tərəflər GUAM-ın iştirakçısı olan dövlətlərdə nəqliyyat sahəsinin inkişafı barədə məlumatı dinləyib, “GUAM-ın nəqliyyat dəhlizinin inkişaf konsepsiyası” əsasında yeni layihələrin və əməkdaşlıq proqramlarının yaradılması ilə əlaqədar məsələləri müzakirə ediblər.
İclasın iştirakçıları həmçinin “Baltik dənizi – Qara dəniz beynəlxalq nəqliyyat dəhlizinin” inkişafı barədə məlumatı dinləyiblər.
Tərəflər GUAM ölkələrinin ərazilərindən keçən beynəlxalq nəqliyyat dəhlizləri üçün tranzit yük axınlarının cəlb edilməsinə yönəldilmiş tarif siyasəti barədə normativ-hüquqi bazanı təkmilləşdirmək məqsədilə “GUAM-Tranzit-2” ixtisaslaşdırılmış konfransının təşkil olunması barədə razılığa gəliblər.
Növbəti profil iclası cari ilin ikinci yarısında keçiriləcək.
Zeynal Ağazadə
AZƏRTAC-ın xüsusi müxbiri
Kiyev

Xəbərin orijinal ünvanı: http://azertag.az/xeber/GUAM_in_menzil_qerargahinda_neqliyyat_uzre_ischi_qrupunun_iclasi_olub-849278

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR