"Tunar videomu qoyub məni söydürdü"

ARB TV-nin “Səhər-səhər” verlişinin növbəti qonağı müğənni Tunar Rəhmanoğlu olub.

Metbuat.az-ın verdiyi məlumata görə, ifaçı əməkdar artist Nüşabə Ələsgərli ilə aralarında yaşanan qalmaqaldan danışıb:

“Mən də bilmədim bu məsələ hardan, necə çıxdı. Nüşabə xanımın illər öncə keçirdiyi məclisdə olan bir hadisə idi. Mənimlə bağlı bir şey deyil. Kimsə piar olsun, onun sənətinə pislik gətirsin deyə etmişdi. Nüşabə xanıma da and içdim ki, həmin videonu biz yaymamışıq. Aramızda heç nə ola bilməz. Məclislərdə də görüşürük. Nəyə görə elə bir şey edim ki? Bir mahnı oxuyuram reklam oluram”.

N.Ələsgərli də məsələyə münasibət bildirib:
“O video yayılanda da düşündüm ki, yəqin bunu Tunar edib. Bəlkə də reklam, pia və ya gündəmə gəlmək üçün. Həyatdı da... Amma sosial şəbəkələrdə “Qısqanclıqdır, Nüşabə xanımdır da...” yazmağı çox incitdi. Lazım olsa, mən Tunarın özünə xəbər göndərərdim ki, oxuma, düş aşağı. Tunar niyə o videonu sosial şəbəkədə özü də paylaşdı və altda da şərhləri açıq qoyub, orada məni söydürür. Orada mənə nalayiq sözlər deyirdilər. Toyuna gələ bilməmək səbəbim isə həmin gün bütov toy oxumağım idi.



Anar Nəcəfli yenidən efirə qayıtdı – Özəl açıqlama - Oxumaq üçün tıkla


Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR