Elnur Hüseynov Yunanıstanda (FOTO)

Elnur Hüseynov Yunanıstanda (FOTO)
02:41 24 Aprel 2015
38 Şou
Ölkə mətbuatı
A- A+

“Eurovision” mahnı müsabiqəsində builki təmsilçimiz Avropada promoturu çərçivəsində bir-birindən rəngli görüntüləri ilə yaddaşlarda iz buraxmaqdadır.

ANS PRESS-in məlumatına görə, qardaş ölkədə keçirilən “O səs Türkiyə” müsabiqəsində güclü səsi ilə izləyicilərin rəğbətini qazanan və sonda qalib seçilən həmyerlimiz Elnur Hüseynov Yunanıstana promoturu çərçivəsində verilişlərə qonaq çağırılıb.

Müğənninin sosial şəbəkədə paylaşdığı fotoşəkillər izləyicilər tərəfindən müsbət rəylər alıb.

O, promotur çərçivəsində Latviyada, Macarıstanda, Hollandiyada, Belçikada Və Yunanıstanda bir sıra çıxışlar edib, televiziya və radiolara qonaq çağırılıb. Təmsilçimiz aprelin 24-də isə Moskvada “Pre-Eurovision Concert” tədbirinə qatılacaq.

Qeyd edək ki, Elnur Hüseynov mayın 21-də "Eurovision 2015” mahnı müsabiqəsinin ikinci yarımfinalında 11-ci sırada "Hour of the Wolf” mahnısı ilə çıxış edəcək.



















Mənbə
ANS PRESS



Xəbərin orijinal ünvanı: http://anspress.com/index.php?a=2&lng=az&cid=37&nid=340046

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR