“Le Teleqramm” qəzetində əlillərin reabilitasiyası sahəsində Fransa-Azərbaycan əməkdaşlığına dair məqalə dərc edilib

“Le Teleqramm” qəzetində əlillərin reabilitasiyası sahəsində Fransa-Azərbaycan əməkdaşlığına dair məqalə dərc edilib
03:53 24 Aprel 2015
58 Ölkə
Ölkə mətbuatı
A- A+


Strasburq, 24 aprel, AZƏRTAC
Fransanın “Le Teleqramm” qəzetində əlillərin reabilitasiyası sahəsində bu ölkənin Azərbaycan ilə əməkdaşlığından bəhs edən “Azərbaycan nümayəndə heyəti” sərlövhəli məqalə dərc olunub.
Məqalədə bildirilir ki, Azərbaycanın nümayəndə heyəti Fransanın əlillərin reabilitasiyasi sahəsində təcrübəsini öyrənmək məqsədilə bu ölkənin Finister əyalətindəki reabilitasiya mərkəzində olub.
Məqalədə Azərbaycan nümayəndə heyəti üzvlərinin belə təcrübə mübadiləsinin tibbi və sosial islahatların inkişafına kömək edəcəyi, əlillərin qəbulu şərtlərinin daha da yaxşılaşdırılmasına və gənc respublikada insanların sağlamlığına dair aparılan siyasətin inkişaf etdirilməsinə imkan yaradacağı barədə səsləndirdikləri fikirlər yer alıb.
Qeyd edilib ki, Azərbaycan nümayəndə heyətinin növbəti səfəri 2016-cı ildə planlaşdırılır.
Əsgər Əliyev
AZƏRTAC-ın xüsusi müxbiri
Strasburq

Xəbərin orijinal ünvanı: http://azertag.az/xeber/Le_Teleqramm_qezetinde_elillerin_reabilitasiyasi_sahesinde_Fransa_Azerbaycan_emekdasligina_dair_meqale_derc_edilib-849293

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR