Azərbaycanda teplovoz AŞIB

Dəmir yolu ilə ölkənin qərb istiqamətindən Bakıya gələn qatarların hərəkət qrafikində böyük gecikmə var.

Metbuat.az-ın məlumatına görə, Böyük Kəsikdən, Qazaxdan və Tbilisidən Bakıya gələn qatarların hərəkətin çox böyük gecikmə var. Bakıya gələn sərnişinlərin qohumlarının Milli.Az-a bildirdiyinə görə, gecikmə çox uzun çəkdiyindən qatarlarda bəzilərinin halı da pisləşib.

Bakı Sərnişin Stansiyasından qohumlarını gözləyənlərə bildiriblər ki, gecikmə ən azı 4-5 saat təşkil edəcək.

"Azərbaycan Dəmir Yolları" QSC-dəki mənbələrdən Milli.Az-a verilən məlumata görə, gecikmə dəmir yolunda baş vermiş qəza ilə əlaqədardır. Belə ki, ötən gecə Ucar rayonu Müsüslü kəndi ərazisində hərəkət edən qatarlardan birinin teplovozu yoldan çıxaraq aşıb. Qəzanın nəticələri aradan qaldırıldıqdan sonra qatarların hərəkəti bərpa edilib.

"Azərbaycan Dəmir Yolları" Qapalı Səhmdar Cəmiyyəti İctimaiyyətlə əlaqələr şöbəsinin rəisi Sevinc Qədirova Milli.Az bildirib ki, az sonra ictimaiyyətə hadisə ilə bağlı geniş şəkildə rəsmi məlumat veriləcək.

Neçə cür insan xasiyyəti mövcuddur – Araşdırma – TIKLAYIN!


Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR