May ayında Bakıda konsert verməyə hazırlaşan atanaınmış türk müğənnisi Demet Akalın hər kəsdən gizlədiyi qızının fotosunu yayıb.

ANS PRESS-in məlumatına görə, 42 yaşlı Akalın ailə fotosunu İnstagram səhifəsinə yükləyib. Ad günü münasibəti ilə payalaşdığı fotonu ifaçı belə şərh edib:

"Nə yaxşı ki, doöulmuşam. Canım ərim, canım qızı sizi çox sevirəm. Bu da doğum günümə özəl. Hira ilə maraqlananlara".

Xatırladaq ki, türkiyəli müğənni Demet Akalın 2012-ci ildə Okan Kurtla ailə həyatı qurub. 2014-cü ilin fevral ayında Hira adlı qızı dünyaya gəlib.

İlk zamanlar müğənni qızının fotosunu tez-tez paylaşıb. Lakin sonradan qızının nəzərə gəldiyini və xəstələndiyini deyərək fotoları silib, körpəni uzun müddət mediadan gizlədib.

Bakı konsertinə hazırlaşan məşhur qızını göstərdi (FOTO)

Mənbə
ANS PRESS