İdmançılarımız Yaponiyada oğurluq edib? - açıqlama

İdmançılarımız Yaponiyada oğurluq edib? -   açıqlama
13:22 24 Aprel 2015
71 İdman
Ölkə mətbuatı
A- A+

“Mətbuatda yayılan məlumatlar yalandır. İdmançılarımız Yaponiyada heç bir oğurluqda iştirak etməyib”. Bu sözləri “Qafqazinfo”ya açıqlamasında Azərbaycan Cüdo Federasiyasının baş katibi Elnur Camalxanov deyib. 

O, Yaponiyaya səfər edən idmançılarımızın bu ölkədə oğurluq etdiklərinə görə təlim-məşq toplanışını yarımçıq qoyub geri qayıtması ilə bağlı xəbərlərə münasibət bildirib. Federasiya rəsmisi millimizin üzvlərinin zədəyə görə səfərdən tez qayıtdıqlarını bildirib: “Bizim komanda ora az heyətlə getmişdi. Həmişə idmançıların sayı çox olurdu. Bu dəfə isə fərqli idi. Millimizin Yaponiyadan tez qayıtmasına səbəb zədələrdir. Heyətin bir neçə üzvü zədələndiyinə görə təlim-məşq toplanışını davam etdirmək mümkün olmayıb. Onlar vətənə dönüblər. Bildiyiniz kimi burada Avropa oyunlarına hazırlaşmaq lazımdır. Həmçinin ulu öndər Heydər Əliyevin xatirəsinə həsr olunmuş turnir keçiriləcək. Cüdoçularımız da bu yarışlara hazırlaşacaqlar”.

Camalxanov həmçinin millimizin üzvlərinin bir uşaqlar şəkil çəkdirdiyinə görə problem yaşadıqlarını da bildirib: “Orada qaydalar fərqlidir. Millimizin üzvlərindən biri bir uşaqlar şəkil çəkdirib. Həmin uşağın valideyni də buna görə şikayət edib. Cinayət tərkibli bir hadisə olmayıb. Bilirsiz, Gürcüstan millisi Yaponiyada təyin olunmamış gündə Yaponiyada balıq tutduğuna görə ora buraxılmır”.

Fanat.az

Xəbərin orijinal ünvanı: http://fanat.az/xeber-dmanclarmz-yaponiyada-ourluq-edib-t40231.html

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR