Avropa Liqasında sonuncu püşk - YENİLƏNİR

Avropa Liqasında sonuncu püşk -   YENİLƏNİR
13:32 24 Aprel 2015
45 İdman
Ölkə mətbuatı
A- A+

Bu gün Avropa Liqasının yarımfinal mərhələsinin püşkü atılacaq. Fanat.az xəbər verir ki, qitənin 2-ci dərəcəli klub turnirində mübarizəni davam etdirən 4 klubun növbəti rəqibləri bəlli olacaq.
 
İsveçrənin Nyon şəhərindəki püşk final ərəfəsindəki son cütləri müəyyənləşdirəcək. Ukraynanın “Dnepr”, İspaniyanın “Sevilya”, İtaliyanın “Napoli” və “Fiorentina” klubları iki cüt təşkil edəcək. Püşkatma Bakı vaxtı ilə saat 15.00-da başlayacaq.
 
Qeyd edək ki, yarımfinal mərhələsinin oyunları mayın 7-də və 14-də keçiriləcək. Final qarşılaşması isə mayın 27-də Polşanın paytaxtı Varşavanın Milli stadionunda keçiriləcək.

Avropa Liqası
Yarımfinal

Dnepr (Ukrayna)
Sevilya (İspaniya)
Napoli (İtaliya)
Fiorentina (İtaliya)

Fanat.az

Xəbərin orijinal ünvanı: http://fanat.az/xeber-avropa-liqasnda-sonuncu-puk-t40233.html

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR